:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp: “Rusiya hazır ol, raketlər uçacaq”

Font

Tramp: "Rusiya hazır ol, raketlər uçacaq”
"CNNTurk” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Twitter” səhifəsində yazıb.

"Rusiya Suriyaya atacağımız raketləri vuracaqmış”, -deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiyanın Livandakı səfiri Aleksandr Zaspikin bildirib ki, ABŞ-ın Suriyaya atacağı istənilən raket vurulacaq.

Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.