:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avropa Liqasında 1/4 finalçılar bəlli olub - NƏTİCƏLƏR

Font

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Baş tutan matçlardan sonra bütün 1/4 finalçılar müəyyənləşib.

Günə Rusiyada start verilib. İlk görüşdə "Atletiko"ya 0:3 hesabı ilə uduzan "Lokomotiv" doğma meydanda daha pis hesaba üzülüb. Moskvalılar avrokuboklarla darmadağınla vidalaşıb - 1:5.

Evdə "Arsenal"la bacarmayan "Milan" da səfərdən məyus dönüb - 3:1.

Turnirin güclü komandalarından hesab olunan "Borussiya" ilk görüşdə gözlənilmədən doğma azarkeşləri önündə "Zalsburq"a uduzmuşdu. Dortmund təmsilçisi Avstriyadakı qarşılaşmada rəqibin müqavimətini qıra bilməyərək yarışdan kənarlaşıb - 0:0.

"Lion" - MOİK, "Atletik" - "Marsel", "Dinamo" - "Latsio" və "Zenit" - "Leyptsiq" matçlarında isə qonaqlar növbəti mərhələyə adlayıblar.


Avropa Liqası


1/8 final mərhələsi, cavab oyunları


"Lokomotiv” (Rusiya) - "Atletiko” (İspaniya) - 1:5


Qollar: Ribus, 20 - Korrea, 17, Saul, 47, Torres, 65 (pen.), 70, Qrizman, 85


İlk oyun: 0:3


"Atletik" (İspaniya) - "Marsel” (Fransa) - 1:2


Qollar: Villiams, 74 - Paye, 38 (pen.), Okampos, 52


İlk oyun: 1:3


"Dinamo” (Kiyev, Ukrayna) - "Latsio” (İtaliya) - 0:2


Qollar: Leyva, 22, De Vrij, 83


İlk oyun: 2:2


"Viktoriya" (Plzen, Çexiya) - "Sportinq” (Portuqaliya) - 2:1 (əlavə vaxt)


Qollar: Bakoş, 6, 64 - Battalya, 105+2


İlk oyun: 0:2


"Zenit” (Rusiya) - "Leyptsiq” (Almaniya) - 1:1


Qollar: Driussi, 45+1 - Avqustin, 22


İlk oyun: 1:2


"Arsenal” (İngiltərə) - "Milan” (İtaliya) - 3:1


Qollar: Uellbek, 39 (pen.), 86, Caka, 71 - Hakan, 35


İlk oyun: 2:0


"Zalsburq” (Avstriya) - "Borussiya" D. (Almaniya) - 0:0


İlk oyun: 2:1


"Lion" (Fransa) - MOİK (Rusiya) - 2:3


Qollar: Kornet, 58, Diaz, 71 - Qolovin, 39, Musa, 60, Vernblum, 65


İlk oyun: 1:0