:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Çempionlar Liqası: 1/4 final mərhələsinə son vəsiqələrin sahibləri müəyyənləşib - VİDEO

Font

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son cavab oyunları keçirilib.

Əvvəlcə Türkiyənin İstanbul şəhərində "Beşiktaş"la Almaniyanın "Bavariya" komandaları üz-üzə gəlib.

Bu komandaların ilk qarşılaşmasında "Bavariya" 5:0 hesabı ilə qalib gəldiyindən, "Vodafone Park"dakı görüş formal xarakter daşıyıb. Bununla belə, Münhen komandası yenə inamlı təsir bağışlayaraq, 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, "Bavariya" Almaniyanın yeganə təmsilçisi kimi mübarizəni 1/4 finalda davam etdirmək hüququ qazanıb.

İspaniyadakı "Nou Kamp” stadionunda isə "Barselona” və İngiltərənin "Çelsi” komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 3-cü dəqiqədə Lionel Messi açıb. O, karyerasının ən erkən qolunu vurub. 20-ci dəqiqədə Usman Dembele fərqi artırıb. 63-cü dəqiqədə isə Messi özünün ikinci, komandasının üçüncü qolunun müəllifi olub. Bu komandaların ilk qarşılaşması 1:1 hesabı ilə yekunlaşdığından, "Barselona" adını növbəti mərhələyə yazdırıb. Bu, həm də 1/8 final mərhələsinin cavab oyunları arasında böyük hesablı qələbənin qeydə alındığı yeganə matç olub.

Beləliklə, 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. "Bavariya" və "Barselona"dan başqa İspaniyanın "Real Madrid" və "Sevilya", İngiltərənin "Mançester Siti" və "Liverpul", eləcə də İtaliyanın "Yuventus" və "Roma" klubları da mərhələ adlayıb.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

14 mart

"Beşiktaş” (Türkiyə) – "Bavariya” (Almaniya) - 1:3

Qollar: Vaqner Lav, 59 - Tiaqo Alkantara, 18. Gökhan Gönül, 46 (öz qapısına). Sandro Vaqner, 84

Baş hakim: Maykl Oliver (İngiltərə)

İlk oyun - 0:5

23:45. "Barselona” (İspaniya) – "Çelsi” (İngiltərə) - 3:0

Qollar: Lionel Messi, 3; 63. Osman Dembele, 19

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun - 1:1

Qeyd edək ki, 1/4 final mərhələsinin püşkü martın 16-da atılacaq.