:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Qarabağ Vyana” baş məşqçisi ilə yollarını ayırıb

Font

Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana” futbol klubu baş məşqçi Volkan Kahramanla yollarını ayırıb.

"Report” klubun rəsmi "facebook” səhifəsinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son verilib.

"Qarabağ Vyana”nın baş direktoru Ramin Şükürov baş məşqçinin istefasını belə şərh edib: "Volkan hər zaman "Qarabağ” ailəsinin üzvü kimi qalacaq. Hər şeyə görə ona minnətdarıq və xidmətlərini unutmayacağıq”.

Qeyd edək ki, Avstriyanın III Liqasında çıxış edən "Qarabağ Vyana" XVII turda "Mannsdorf"a 1:2 hesabı ilə uduzub. Hazırda bu komanda 27 xalla 8-ci pillədə qərarlaşıb.