:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Çelsi”nin futbolçusu məşq zamanı huşunu itirib

Font

İngiltərənin "Çelsi” klubunun futbolçusu Nqolo Kante məşq zamanı huşunu itirib.

"The Telegraph” xəbər verir ki, 27 yaşlı fransalı yarımmüdafiəçi bu səbəbdən martın 4-də Premyer Liqanın XXIX turunda "zadəganlar”ın səfərdə "Mançester Siti”yə 0:1 hesabı ilə uduzduğu oyunda iştirak etməyib.

Futbolçunun ürəyində problem yarandığı güman olunduğu üçün müayinəyə göndərilib. Lakin testin nəticəsi ehtimalın doğru olmadığını göstərib. Futbolçunun hansı səbəbdən huşunu itirdiyini dəqiqləşdirmək mümkün olmayıb.

O, yenidən heyətə qayıdıb və martın 5-də ümumi qrupda məşq edib.

Qeyd edək ki, N.Kante "France Football” nəşrinin keçirdiyi sorğuda Fransanın 2017-ci il üçün ən yaxşı futbolçusu seçilib.