:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

UEFA DÇ-2018-in seçmə mərhələsindən əldə etdiyi gəliri açıqlayıb

Font

UEFA 2018-ci il dünya çempionatının seçmə mərhələsinin təşkilindən 1 milyard avro gəlir əldə edib.

Bu barədə UEFA-nın maliyyə direktoru Jozef Koller qurumun Slovakiyanın paytaxtı Bratislavada keçirilən 42-ci Konqresində deyib.

O bildirib ki, Avropa futbol qurumunun gəlirləri 2016-2017 mövsümündə 2,8 milyard avro təşkil edib: "Gəlirlərimiz 6 faiz artıb və ümumi məbləğ 2,8 milyard avro alınıb. Məbləğin 85 faizi milli assosiasiyalar arasında bölüşdürülüb. Nəticədə UEFA-nın təmiz qazancı 209 milyon avro olub".

Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyada keçiriləcək. UEFA-nın maliyyə ili iyulun 1-dən iyunun 30-dək nəzərdə tutulub.