:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Norveç Rusiyanın Almaniyanı məğlub etməsi sayəsində Qış Olimpiadasının qalibi olub

Font

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında yarış proqramına yekun vurulub.

"Report"un məlumatına görə, qeyri-rəsmi komanda hesabında Norveç birinci yeri tutub.

Skandinaviya ölkəsi 14 qızıl, 14 gümüş, 11 bürünc medal qazanıb. Eyni sayda qızıl medalı Almaniya qazansa da, gümüş və bürünc medal sayı 10 və 7 olduğu üçün ikinci yeri tutub. Üçüncü yeri isə 11 qızıl, 8 gümüş və 10 bürünc medalla Kanada tutub.

Yarışın son günündə Almaniyanı qızıl medal qazanmağa qoymayaraq, olimpiadanın ən güclüsü olan Rusiyanın kişi hokkey yığması qızıl medala yiyələnib. Bununla da qonşu ölkə yığması 2 qızıl, 6 gümüş, 9 bürünc medalla ümumi sıralamada 13-cü olub.