:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pxençxan-2018: Kanadalı snoubordçu qızıl medal qazanıb

Font

Kanadalı Sebastyen Tutan Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında snoubordun big-eyr növündə qızıl medal qazanıb.

"Report” xəbər verir ki, yarışda ikinci yeri ABŞ idmançısı Kayli Mak tutub.

Böyük Britaniyanı təmsil edən Billi Morqan isə bürünc medala sahib olub.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.