:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Xalq artisti televiziya aparıcılarını təhqir etdi - “Mədəniyyətdən xəbərsizlər...”

Font

Xalq artisti Brilliant Dadaşova televiziya aparıcılarını təhiqr edib.

Brilliant Dadaşova türk ünlü sənətçisi Seda Sayanın verilişindən video paylaşıb. Sənətçi Azərbaycan aparıcılarını mədəniyyətdən bixəbər adlandırıb:

"Sonra deməyin ki, nədən televiziya proqramlarında tez-tez görsənmirəm? Baxın Seda Sayanın proqramına, gələn qonağa necə diqqət yetirir. Bizim bir çox televiziya proqramlarımızda aparıcıların efir mədəniyyətindən xəbəri olmadığı üçün müğənni musiqi ifa edərkən aparıcının basqa işlə məşğul olduğunun dəfələrlə sahidi oluruq. Əfsuslar olsun ki, efirdən bixəbər, səriştəsiz proqram "aparıcılarımız” get-gedə çoxalır”.