:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yaponiyada "Tesla Model S"-i üstələyən elektrik super avtomobil yaradılıb

Font

Yaponiyanın "Aspark" şirkəti elektriklə işləyən yeni super avtomobili təqdim edib.

"Report" xəbər verir ki, bu barədə "Fortune" məlumat yayıb.

Məlumatda bildirilir ki, avtomobil saatda 96 kilometr məsafə üçün sürəti 1,9 saniyəyə yığır. Avtomobil bu göstərici ilə "Tesla Model S"in rekordunu üstələyib. "Tesla Model S" ötən il dünyada həmin sürəti 2,3 saniyəyə yığan ən sürətli avtomobil kimi tanınmışdı.

"Aspark Owl" adlandırılan yeni elektrik avtomobil dünyada ən bahalı maşınların əksəriyyətinin sürətlən rekordunu üstələyib. Məsələn, 3 milyon dollara satılan "Bugatti Chiron" həmin sürəti 2,3 saniyəyə toplayır. "Lamborghini Aventador"da isə bu rəqəm 2,7 saniyə təşkil edir.