:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Müğənni Sevdanın illər əvvəlki görüntüsü yayıldı (VİDEO)

Font

Müğənni Sevda Yəhyayevanın illər əvvəlki görüntüsü yayılıb.

BAKU.WS-in məlumatına görə, social şəbəkələrdə yayılan video böyük marağa səbəb olub.

Pərəstişkarları Sevda Yəhyayevanın çox dəyişdiyini qeyd ediblər.

Həmin görüntüləri sizə təqdim edirik

Röya Ayxan arxiv görüntüləri yayılan Sevda Yahyayevaya dəstək olub.

Əməkdar artist həmkarına əziyyətli keçən keçmişi ilə qürur duymağı məsləhət görüb:

"Gözəlim, sən bunlara fikir vermə. Birisi arxasını görmür, digəri 40 yaşında ana-ata çörəyi yeyir. O birisi də alver edir, vicdanını satır. Bu arada, o "pekarni”yə çörəyi mən gətirirdim, tanımadın?”

Məlumat üçün bildirək ki, 32 yaşlı Sevda Yahyayevanın 13 yaşında çəkilən görüntüləri sosial şəbəkələrdə marağa səbəb olub. Xüsusilə onun plastik əməliyyatsız inanılmaz dərəcədə dəyişməsi heyrət doğurub. S.Yahyayeva İnstaqram hesabında onu tənqid edənlərə aşağıdakı cavabı verib:

"Hamı mənim keçmişimi əzbər bilir. 13 yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı çəkilmiş kasıbyana, zövqsüz və indi sizə gülməli görünən görüntümdən bu gün də utanmıram! Çünki hazırda yetərincə məşhur, gözəl dost çevrəsinə malik, maddi və mənəvi azadlıq qazanmış biriyəm. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm.

İndiyə kimi qazandığım statusdan istifadə edib heç kimi acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət və pul mənim xasiyyətimi dəyişməyib. Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı, heç bir əməliyyat keçirmədən boz sərçədən cazibədar bir ulduza çevrilməyi Allah hər kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına olsun”.