:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Real" PSJ-ni məyus etdi, "Liverpul" isə "Portu"nu "topa tutdu" (VİDEO)

Font

Çempionlar Liqasında "Real Madrid" və PSJ arasında ilk oyun baş tutub.

BAKU.WS-in məlumatına görə, "Santiaqo Bernabeu" stadionunda fransız klubunu qonaq edən "Kral klubu" qələbə qazanıb.

Adrien Rabiot qarşılaşmanın 33-cü dəqiqəsində qonaq komandanı hesabda önə çıxarıb. "Real"ın cavab qolu isə 45-ci dəqiqədə gəlib. Hakimin təyin etdiyi penaltini qola çevirən Ronaldo hesabı bərabərləşdirib.

"Real Madrid"in növbəti qolu 83-cü dəqiqədə Ronaldodan, üçüncü qolu isə 87-ci dəqiqədəMarselodan gəlib. Beləliklə ispanlar meydançadan 3-1 hesablıqalibiyyətlə ayrılıb. Ronaldo ilk qolu vurmaqla daha bir tarixi nəticəyə imza atıb. O, Çempionlar Liqasında "Real" forması ilə yüzüncü qoluna imza atıb.



Gecənin digər qarşılaşmasında "Portu" ilə "Liverpul" qarşılaşıb. İngilislər qonaq komanda olsa da özlərini heç də qonaq kimi aparmayıb. "Liverpul" rəqibinin qapısından 5 cavabsız top keçirib.

Şahin
BAKU.WS