Səfir: "Azərbaycanın Avropa Şurasından çıxması məsələsi gündəmdə deyil"
:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Səfir: "Azərbaycanın Avropa Şurasından çıxması məsələsi gündəmdə deyil"

Font

"Azərbaycanın Avropa Şurasından (AŞ) və Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxması məsələsi gündəmdə deyil".

Bunu Avropa Şurasının Azərbaycandakı nümayəndəsi səfir Zoltan Hernyes deyib.

"Azərbaycan AŞ və AŞPA-nın tamhüquqlu üzvüdür və bütövlükdə aktiv fəaliyyət göstərir. Azərbaycan nümayəndə heyəti AŞPA-nın yanvar ayındakı son sessiyasında da fəal olub. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib. Odur ki, gündəmdə belə məsələ yoxdur", - Z.Hernyes bildirib.

AŞPA-nın Azərbaycanda bu il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edib-etməyəcəyi ilə bağlı məsələni şərh edən Avropa Şurasının nümayəndəsi hazırda müzakirələr aparıldığını deyib: "Azərbaycan Mərkəzi Seçki Komissiyasından rəsmi dəvət almışıq. Bizdə Komitə nümayəndələri ilə daimi görüşlər keçirilir. Hazırda monitorinq missiyasında iştirak edib-edilməyəcəyi ilə bağlı texniki debatlar gedir".