Nura Suridən qalmaqallı açıqlama- VİDEO
:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nura Suridən qalmaqallı açıqlama- VİDEO

Font

Nura Surinin "ATV maqazin onlarla” verilişində həmkarları haqqında çıxışı daha bir qalmaqala səbəb olacaq.

Adı çəkilən verilişin "Hit parad” rubrikasında bu dəfə Nura Suri qonaq olub. Cəsarətli çıxışları ilə seçilən Nura həmkarları barədə tənqidi fikirlər səsləndirməkdən çəkinməyib.

Nura Suri Əməkdar artist Tünzalə Ağayeva ilə aralarında soyuq küləklər əsdiyini gizlətməyib:

"Tünzalə Ağayevanın xarakteri belədir, təkcə mənə qarşı münasibəti soyuq deyil. Bu insan özünü çox yüksək görür. Başa düşürəm ki, sənin səsin mənimkinən güclüdür, sən Xalq artistisən. Sənin fəxri adın ola bilər, mən isə adi müğənniyəm. Amma elə şey var ki, onun qəbul etmirsən. Ondan bəzi şeyləri öyrənmişəm. Gülə-gülə elə gözəl sözlərini deyir ki... Ola bilsin ki, mən onu tədbirdə görməmişəm. Ora tünd saçlarla qatılmışdım. Çox adam tanımaqda çətinlik çəkdi. Bir-birimizin yanımızdan keçdik. O diqqət göstərmədi, mən də elə qarşılığını verdim. Elə də yaş fərqimiz yoxdur ki, mənə nəsə yol göstərəsən. Bu insan özünü hamıdan üstün görür. Yəqin deputat olmağa çalışır. Ondan da irəli gələ bilər”.

Daha sonra Nura Suri Natavan Həbibinin son vaxtlarda yaman aqressiv davranışlarla diqqət çəkdiyini söyləyib:

"Çox aqressivləşib, heç ona yaraşdırmadım. Onun keçən həftə sizin verilişinizdə Aygün Kazımova ilə bağlı açıqlamasını izlədim. Hər şeyə qəzəbli reaksiya verir, halbuki, onları sakit-sakit də demək olardı. Sanki Natavana evlilik düşmədi. Başa düşürəm, sevdi. Amma bu sevgidə əsəbləri xarab oldu. O qədər dava edirlər ki... Gah ayrılır, gah da barışırlar. Bütün bunlar ona təsir etdi. İnanıram ki, bu ayrılıq ona Uitni Hyuston kimi təsir etməz".

N.Suri Miri Yusiflə küsülü olduğunu da etiraf edib:

"Çox ulduzlaşıb. Hər oxuyacağım tutacaq deyə özünə çox güvənir. Danışmırıq və danışmaq fikrim belə yoxdur. "Dəyirman” qrupundan bəri bir-birimizə dəstək olmuşuq. Amma vaxt keçdikcə bəzi şeylər dəyişir. Elə hallar var ki, sevdiyim insanlara yaraşdırmıram. Elə Miri Yusiflə aramızda yaşanan hadisə də elələrindən idi. Danışılacaq bir şey deyil. Heç vaxt barışmaram. Hiss edirsən ki, uduzluq insanı necə dəyişir”.