:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aysel birinci yarımfinalda çıxış edəcək

Font

"Eurovision – 2018” mahnı müsabiqəsində birinci və ikinci yarımfinalların püşkatması keçirilib.

Müsabiqənin rəsmi saytı xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən təmsilçimiz Aysel Məmmədova birinci yarımfinalında çıxış edəcək. O, 8-ci nömrə altında səhnəyə çıxacaq.

Məlumat üçün bildirək ki, Aysel Məmmədovanın müsabiqədə ifa edəcəyi mahnı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Birinci yarımfinal mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12 may tarixində baş tutacaq.