:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Natavan: "Aygün Kazımova ilə düşmənçiliyimin səbəbkarı Röyadır"

Font

"ATV maqazin onlarla” verilişinin qonağı olan Natavan Həbibi ilk dəfə Xalq artisti Aygün Kazımova ilə münasibətlərinin pozulması haqqında danışıb.

Natavan Həbibi küsülü olduğu Aygün Kazımova ilə illərdir görüşmədiyini bildirib. Müğənni etiraf edib ki, Xalq artisti bu illər ərzində özünü əsl düşmən kimi aparıb, ikiüzlülük etməyib:

"Ümumi dostlarımız çoxdur, hamı istəyir ki, bizim münasibətimiz olsun. Münasibət səmimi olmalıdır. Biz ikimiz bunu ürəkdən istəsək və söhbətimizi edə bilsək, düzələcək. Çünki aramızda bağlanmayan söhbət var. İllərdir görüşmürük. İndi ürəyimi açıb baxa bilən insan olsaydı, Aygün Kazımovaya hansı hissləri bəslədiyimi görərdi. Bu, doğru və dürüst hisslərdir. Adamın düşməni də kişi kimi olmalıdır. O, mənə düşmən kimi də ləzzət edib”.

Natavan A.Kazımova ilə aralarındakı düşmənçiliyin səbəbinin Əməkdar artist Röya Ayxan olduğunu söyləyib:

"W-trio” vaxtında birlikdə konsertlərimiz, qastrollarımız olub. Həmişə onun yanında tək mən oturmuşam. Məni o birilərdən seçirdi, onunla həmişə yaxın olmuşam. Şəxsi həyatımda problemlər var idi, böyük bacı kimi mənə məsləhətlər verirdi. Düşmənçilik Röyaya görə oldu. Sən demə, Röya ilə münasibəti pis olduğu üçün məni də pis bilib. Onların söhbətinin badına getdim. O düşmənçilik boş yerə başladı”.

Daha sonra Natavan Həbibi Murad Dadaşovun "Özü olsa, onu yenidən sevəcəyik” söyləməsinə qəzəbləndiyini gizlətməyib:

"Vaxt edib Murad Dadaşova telefon açıb soruşa bilmirəm ki, məni harada qeyri-səmimi görüb? Nə zaman özüm olmamışan ki? Murad, mən elə özüməm, mən elə buyam. Nə yaşayıramsa, doğrunu yaşayıram. Kimin söhbətlərinin nəticəsində bu qənaətə gəldiyini bilmirəm. Məni heç kimlə səhv salmayın, heç vaxt başqalarının acığına iş görməmişəm. 35 yaşında ailə qurmuşam, hələ uşaq dünyaya gətirməmişəm. Kiminsə acığına etsəydim, çoxdan edərdim. Allahın verdiyi qismətdir, niyə bu qədər üstümə düşmüsünüz ki? Niyə taleyimi, həyatımı hər şeyə oxşatmaq istəyirsiniz ki? Niyə başqa məna axtarırsınız?”