:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ağdaşda minik avtomobili ilə traktor toqquşub, sürücülər xəsarət alıb

Font

Ağdaş rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

”Report” xəbər verir ki, hadisə rayonun Pirəzə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdaş sakini Şahin Dünyamin oğlu Ağalarovun idarə etdiyi " VAZ - 21015” markalı avtomobil rayonun Kotavan kənd sakini Samir Seyidağa oğlu Zakirovun idarə etdiyi "Belarus” markalı qoşqulu traktorla toqquşub.

Hadisə nəticəsində hər iki sürücü yüngül xəsarət alıb. "VAZ -21015” markalı avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.