:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ən təhlükəsiz avtomobillərin reytinqi açıqlanıb

Font

Müstəqil qəza testlərinin keçirilməsi üzrəAvropa Təşkilatı (Euro NCAP) 2017-ci ilin ən təhlükəsiz avtomobilini müəyyənləşdirib.

"Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qiymətləndirmə nəticəsində6 kateqoriya üzrə ən yaxşı avtomobillər seçilib.

Təşkilat nümayəndəsinin sözlərinə görə, testlərdə yeni və yenilənmiş 70-ə yaxın avtomobil modeli iştirak edib və qiymətləndirmə sərnişinlər (o cümlədən, azyaşlı sərnişinlər) və piyadaların təhlükəsizliyi baxımından aparılıb.

"Premium" kateqoriyasında"Volskwagen Arteon” ən təhlükəsiz avtomobil hesab edilib.

"Kompakt krossover" kateqoriyasında "Volvo XC60" modeli, "Mini krossover"lərdən - "Volkswagen T-Roc” testin qalibi olub.

"B" sinfində (kiçik avtomobil) "Volkswagen Polo”, "Kompakt” sinfində "Opel Crossland X” birinci yeri tutub.

Ən təhlükəsiz "ailə avtomobili" isə "Subaru Impreza” və "Subaru XV” modelləri müəyyən olunub.