:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Assanja Ekvador vətəndaşlığı verilib

Font

Ekvador qalmaqallı "WikiLeaks" saytının təsisçisi Culian Assanja vətəndaşlıq verib.

Yenizaman.az "El Universo" nəşrinə istinadən xəbər verir ki, ona verilən pasportun qeydiyyat nömrəsinin uyğunluğu Ekvador Vergi Xidmətinin məlumat bazasında öz təsdiqini tapıb. Bazada ölkənin yeni vətəndaşı barədə başqa hər hansı bir məlumat yoxdur.

Assanj artıq 5 ildir ki, "WikiLeaks"lə bağlı fəaliyyəti səbəbindən İsveç hökuməti tərəfindən ABŞ-a ekstradisiya ediləcəyindən ehtiyatlanaraq Ekvadorun Londondakı səfirliyi ərazisində gizlənir.

Lakin, hazırda diplomatik nümayəndəlik Assanjı səfirlik ərazisindən köçürmək üçün vasitələr axtarır. Səfirlik bu məqsədlə Britaniya hökuməti ilə danışıqlar aparır. Vasitəçi qismində üçüncü ölkə və ya ayrıca şəxsiyyət çıxış edə bilər.