:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Viktoriya Bekhem alt paltarı üçün 81 min dollar xərclədi - FOTO

Font

Məşhur modelyer Viktoriya Bekhem yeni aldığı malikanədə alt paltarları üçün ayrılan otağa 81 min dollar xərcləyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu Devid Bekhemin həyat yoldaşı İngiltərədə Cotsvoldsta yerləşən, 9 yataq otağı və 3 ayrı salonu olan malikanə alıb. Köhnə malikanəni lüks evə çevirməyə çalışan ulduz cütlük yalnız alt paltarları üçün ayırdıqları otağın təmir və mebellərinə 81 min dollar xərcləyib.

Xatırladaq ki, 19 ildir evli olan cütlüyün Bruklin, Romeo, Cruz və Harper adlı 4 uşağı var.