:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Leyla Şıxlinskayaya cinayət işi açıldı

Font

Azərbaycanda məşhur klinikanın rəhbərinə cinayət işi açılıb.

Leyla Şıxlinskayanın klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb.

Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.

Xatırladaq ki, həmin klinika ilə daha bir mənimsəmə işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Belə ki, Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın işi də ayrıca icraatda aparılır. Təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. (lent.az)