:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İlin dəbdəbəli geyinən birinci xanımları, kraliçaları və müğənniləri - FOTO

Font

Başa çatmaqda olan 2017-ci ilin ən parlaq qəhrəmanlarını xatırlamağa və onlardan ən yaxşıları seçməyə davam edirik.

Bu dəfə gündəmdə il ərzində çıxışlarıyla güclü təsir bağışlayan, yeni ideyalarıyla ilhamlandıran və zövqümüzü oxşayan məşhur modapərəstlərdir.

Birinci xanımlar

Dövlət başçılarının xanımları həmişə ictimaiyyətin nəzarəti altındadır. Bu qadınlar artıq mühafizəkarlığa, həm də dəb eksperimentlərinə yol verdikləri üçün üslubları tez-tez tənqidə məruz qalır. Biz bu icmalda oxucuları ilk növbədə 2017-ci ildə ən çox müzakirə olunan birinci ledilərlə tanış etmişik.

Melaniya Tramp

ABŞ-ın birinci ledisi Melaniya Trampın başa çatmaqda olan ilin əsas modapərəsti olmasıyla çətin ki, mübahisə edən tapılsın. Qoy bir il əvvəl öz yerini Melaniyaya təhvil verən Mişel Obama bizi bağışlasın, amma etiraf etmək lazımdır ki, Amerika tarixinin heç vaxt belə dəbli və özünəməxsus stili olan birinci xanımı olmayıb. Nə tənqidçilər, nə də Mişel Obama açıq-aşkar gözləmirdi ki, ölkəsinin ən yaxşı geyinən birinci ledisi titulunu slavyan mənşəli davamçısı qətiyyətlə onun əlindən alacaq. Bəli, Melaniya öz statusunun öhdəsindən heç də həmişə yaxşı gəlmir, lakin bütün bunların fonunda çoxsaylı fashion-qələbələr qazanıb.

İvanka Tramp

Иванка Трамп и Джаред Кушнер

ABŞ prezidentinin qızı İvanka Tramp bu il birinci xanımdan az müzakirı olunmayıb. Tənqidçilər İvanka Trampın geyim tərzini haqlı olaraq daha yüksək qiymətləndirir, nəinki Melaniya. İvanka nadir hallarda eksperimentlərə yol verir, təəssüf ki, onlar həmişə uğurlu alınmır. Bütövlükdə isə il ərzində onun çox uğurlu çıxışları olub. Prezident qızına xüsusilə klassik üslubda lakonik geyimlər və axşam paltarları yaraşır. İvankanın andiçmə mərasimində "Carolina Herrera”dan geyindiyi ziyafət libası ilin ən çox bəyənilən obrazı kimi tarixə düşüb.

Bricit Makron

Брижит Макрон

Fransanın birinci xanımı daha çox mini yubkalar və dar cinsləriylə yadda qalıb. Bricit Makronun biçimli ayaqları icazə verir ki, 64 yaşında da mini yubkalar geyinsin. Birinci xanımın stilisti Metyu Bertalat da qısa yubkalar geyinməyi sevən müştərinin bu istəyini hər vasitə ilə dəstəkləyir.

Yeri gəlmişkən, Bricitin həmyaşıdları uzunqollu köynəklərdən imtina edir, prezidentinin xanımı çəkinmədən qısaqol geyinir. Bununla bağlı ictimaiyyətin fikirləri müxtəlifdir. Ümumilikdə Fransanın birinci xanımının zərif jaketlərlə dar şalvarlar və ya cinslərlə vəhdəti daha çox bəyənilir.

Bricit özündən 24 yaş cavan olan həyat yoldaşının andiçmə mərasimi üçün Fransanın "Louis Vuitton” brenindən göy çalarlı kostyum, bej rəngli əl çantası və ayaqqabı seçmişdi. Moda tənqidçiləri onunla Amerikanın birinci xanımı Melaniya Trampın andiçmə mərasimində geyindiyi paltarların müqayisəsini aparmışdı. Dəb mütəxəssisləri Bricit Makronun inauqurasiya mərasimində eyniylə Melaniya kimi mavi kostyum seçərək onu təkrar etməkdə günahlandırmışdı.

İordaniya kraliçası Raniya

Похожее изображение

Kraliça dəb cərəyanlarını yaxından izləyir. İordaniya kraliçası qeyri-adi geyimləri sevir və tez-tez müxtəlif uğurlu eksperimentlər aparır. 2017-ci ildə kraliça pərəstişkarlarını hər çıxışıyla heyran etməyi bacarıb. Xüsusilə ağ pencəklə qara cins şalvarın əbədi klassik birləşməsi ona daha çox yaraşır.

İspaniya kraliçası Letisiya

Королева Испании Летиция

Təmkinli və zərif: bu sözləri ispan kraliçasının hər çıxışı haqqında demək olar. Letisiya istər bahalı brendlərin, istərsə də "Zara”nın donları həmişə zövqlə geyinir. Özü də kraliçanın bədən ölçüləri hər cür fasonları geyinməyə imkan verir. Yekun olaraq onu deyə bilərik ki, kraliça açıq-saçıq və mini yubkalardan qaçır. İl ərzində Letisiya qarderobunu ona yaraşan geyimlərlə xeyli zənginləşdirib.

Kembric hersoginyası Keyt Middlton

Кейт Миддлтон

Hersoginya ekstravaqant obrazlardan çəkinir və buna görə də onun üslubunu darıxdırıcı hesab edən tənqidçilər tərəfindən hədəf olaraq göstərilir. Hər halda ciddi səhvlər Keytin üslubuna xas deyil, o, klassik üslbuna həmişə sadiq qalır və bədən quruluşunu vurğulayan çalarlar seçir.

Monako knyaginyası Şarlen

Княгиня Монако Шарлен

Knyaginya Şarlen geyimləri ən çox müzakirə olunan kral ailəsinin bir nümayəndəsidir. II Alberin xanımının qəmgin siması diqqət həmişə cəlb edir və müzakirələr doğurur. Bununla belə Şarlenin geyimləri də diqqətdən kənar qalmır. Bir qayda olaraq, hersoginya mürəkkəb olmayan fasonlara və klassik rənglərə üstünlük verir: qəhvəyi, tünd qırmızı və göy.

Amma bu payızda Şarlen gözlənilmədən qarderobuna qarşı çıxaraq açıq rənglərə üstünlük verməyə başlayıb. Bir neçə ay ərzində knyaginya bizim onu görməyə adət etdiyimiz fasonlardan kənara çıxıb. Ola bilsin ki, Şarlen mühafizəkar üslubu ilə vidalaşmaq niyyətindədir. Yaxud da öz qarderobunu sadəcə daha rəngarəng etmək qərarına gəlib.

Ulduz modapərəstlər

Üslub unikaldır və burda bütün detallar xırdalıqlarına qədər düşünülüb, onun əsas üstünlüyü də bundadır. Siyahımızın ardını il boyu bizi zövqlü, aktual və bir-birinə bənzəməyən dəstləriylə ruhlandıran ulduz modapərəstlər davam etdirir. Bu məşhurlardan həqiqətən də nümunə götürməyə dəyər, çünki onların obrazlarını məşhur moda jurnallarının ən ciddi dəb tənqidçiləri dəyərləndirib.

Cennifer Lopes

Ulduz modapərəstlər arasında Cennifer Lopesin dəstləri seksuallığı və orijinallığıyla seçilir. 48 yaşlı ulduzun hər çıxışı "bomba” effekti verir və bununla da mübahisə etmək olmaz. Ceylonun obrazlar yaratmaq və düzgün bəzək əşyaları seçmək bacarığı müstəsna tərifə layiqdir. Hətta ən ucuz paltarda da dəbdəbəli görünmək stil ikonasının dəyişməz nadir istedadıdır.

2017-ci il Cey Lo üçün onunla bir neçə hadisə ilə ələmatdar olub. Ulduzun sözlərinə görə, o, nəhayət ki, arzularının kişisini tapıb. Söhbət 42 yaşlı besybolçu Aleks Rodrigezdən gedir. Odur ki, pop diva öz üslubuna əvvəlkindən daha çox diqqət yetirir. İndi o, adi həyatda da dikdaban ayaqqabılar geyinməyə, yubkasının ətəyi isə uzatmağa başlayıb.

Selena Qomes

Gənc ulduzlar müxtəlif fashion-eksperimentlər etməyi sevir, amma onların hamısı uğurlu alınmır. Bütün dəb tendensiyalarını eyni anda istifadə edəndə çoxları yaradıcı dəstlərin kənardan necə göründüyü barədə heç düşünmür. Əslində bu, mənasız görünür. Lakin Qomes belə ulduzlardan deyil. İnstaqramın ən çox abunəçisi olan ulduzu nə geyinirsə, özünə yaraşdırır. Selena Qomes Rihanna, Cici və Bella Hadid bacılarından fərqli olaraq, hiyləyə əl atmır, filosofluq etmir. Onun hər bir obrazını əmək sərf etmədən ən adi qız da təkrar edə bilər.

Mövsümün ən cəsarətli dəstlərini əlavə cah-cəlal olmadan üzərində nümayiş etdirməsi onun başlıca hünərdir. O, həm "Louis Vuitton” un futuristik kombinezonunda, həm də "Victoria Beckham” sadə paltarında elə təbii görünür ki, sanki məhz onun əyninə biçilib.

Viktoriya Bekham

2017-ci ilin dəb reytinqini Viktoriya Bekhemsiz təsəvvür etmək mümkün deyil. İlin ən yaxşı dizayneri seçilən Viki dünyanın ən yaxşı geyinən qadınlardan biridir.

2017-ci ildə İrina Şeyk, şahzadə Harrinin nişanlısı Meqan Markl, Cici və Bella Hadid bacıları, 3-cü dəfə anaolmağa hazırlaşan Cessika Alba kimi məşhurların da adları tez-tez modapərəstləri ilhamlandıran stil ikonaları siyahısında çəkilir.