:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

2017-ci ilin ən çox səs-küy yaradan YERLİ MAHNILARI - SİYAHI (VİDEO)

Font

2017-ci ili geridə qoymağa hazırlaşırıq. Maqazin olayları, evlənmələr, boşanmalar, ayrılıqlar, qalmaqallar bu il medianı xeyli məşğul etdi. Bununla bərabər il ərzində gözəl mahnılar da eşitdik. Heç gözləmədiyimiz sənətçilər "partlayış”lar etdilər, yutub sıfırları arta bildikcə artdı.

İlin ilk partlayışı heç gözləmədiyimiz halda Zamiq Hüseynovdan gəldi. Karyerasının ən uğurlu mahnılarından birinə imza atan Zamiq "Kaman”ın "Cover” versiyası ilə çoxlarının qəlbinə yol tapdı, küllənib qalan eşqləri alovlandırdı.

Cənab qızıl şlyager, Xalq artisti Faiq Ağayev bu il həzin və yatımlı səsindən bizi məhrum etməyib "Uşaq kimi” ilə qarşımıza çıxdı. Uşaq kimi sevgilisinin gəlişinə, görünüşünə baxıb sevinən aşiqlər bu mahnını çox dinlədi, toylarda rəqs etdi.

Bu il "cover” mahıların ili oldu desək, yanılmarıq. Belə ki, sevilən digər mahnı Əməkdar artist Sevda Ələkbərzadənin "Sən yadıma düşəndə”si oldu. Sənətçi peşəkar və fərqli ifası ilə mahnıya yeni nəfəs verdi.

Əməkdar artist Röya Ayxan bu yay iki mahnısı ilə yadda qaldı. "Yar gələrsən” və "Bədənimə dol”la bu yay sevənlərinə qovuşan Röyanın mahnılarının nədənsə canlı instaqram versiyası ilə daha çox sevildi.

İl ərzində dilimə düşən digər ifadə isə "Partlat buraları, hey dj” idi.Murad Arifi" Partlat”ı sevilənlər sırasında yer almağı bacardı.

Xalq artisti  Zülfiyyə Xanbabayeva "Melancholia” ilə sosial medianın gündəminə yerləşdi. Nuar janrında çəkilən klip isə mahnını daha da sevdirdi.

İli ən hit olan mahnıları sırasında müğənni Elvin Mirzəzadənin "Düşün məni” mahnısı da var. Belə ki, çox az tanınan bir ifaçı olduğu halda bu mahnı onu bir anda məşhur etdi.

Digər sevilən mahnılardan biri isə müəllifinin MC Murad olduğu Elvinanın ifasında səslənən "Bakı” mahnısı oldu.

Xalq artisti Aygün Kazımova "Sus”la "SOS” həyəcanı verib, yatan şou-biznesi bir anda silkələdi. Klipin sosial media paylaşımlarında ən çox yazılan şərh isə "Aygün geri döndü” idi.

Ürəyi susub, qüruru ürəklənən Səidə Sultan" Canıma yazıq”la ilin pozitiv mahnılarından birinə imza atdı.

Müğənni Günay İbrahimli əvvəlcə "O kimdir ki?” deyib, sonra sualına cavab tapdı: "Ürəyimin qatili”. "Qətran”ı da ilin sevilən mahnıları sırasına əlavə etmək olar.

Elçin Cəfərovun bu il ən sevilən mahnısı sözsüz ki, "Bezdim” oldu.

Damlanın "Əzizim” mahnısı da bu il ən çox dinlənilənlər sırasındadır.

Miri YusifRəmiştərzi aranjimanı və "ağlayan” gitarası ilə "Oyna”nı təqdim edib, hissləri yerindən oynatdı.

Sevdiklərini görməyə bəhanə gəzənlər Əməkdar artist Tünzalə Ağayevanın "Bəhanə gəzirəm” mahnısı ilə duyğularını daha da coşdurdu.

Rəhim Rəhimli Ramil Nabran və Nadeer Nəğdpulla "Basdalama damarımı” deyib yutub sıfırlarının damarını əməlli-başlı basdaladılar.