:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Feysbuk”dan daha bir yenilik

Font

"Feysbuk”a yeni özəllik əlavə edilir.

Sosial şəbəkənin yeni özəlliyi ilə dost və səhifələri 30 gün ərzində "səssiz rejim”ə qoymaq mümkün olacaq.

Hələ ki, bu yenilik test mərhələsindədir.

Bu sistem tiviterdə olduğu kimi işləyəcək. "Səssiz rejim”ə qoyduğunuz dostlarınız və bəyəndiyiniz səhifələr xəbər lentinizdə 30 gün müddətində göstərilməyəcək.

"Feysbuk"un bu özəlliyi "İzləməyə son” sisteminə bənzəyir. Lakin bu zaman xidmət həmişəlik aktiv olduğu halda, yeni özəlliyin müddəti 30 gündür.