:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"İnstaqram"ın 20 yaşlı fenomeni məşhur jurnal üçün soyundu - FOTOLAR

Font

Dünyanın ən məşhur idman jurnallarından olan "Sports İllustrated”in yeni üz qabığındakı simanın adı müəyyənləşdirilib.

"İnstaqram"da ən çox izləyicisi olan fenomenlərdən Aleksis Rendir.

Yaxın günlərdə "İnstaqram"dan məhz bu jurnala üz qabığı olmaq istədiyi ilə bağlı paylaşım edən cazibədar modelin xəyalları gerçək olub. Santa Monika şəhərindən olan 20 yaşlı bikini modeli artıq ilk çəkilişlər üçün kameraların önünə keçib.

Jurnalın redaktoru modeldən olduqca razı qaldığını və bu qızın bikini geyinmək üçün doğulduğunu bildirib.

Çəkilişlərdən məmnun olan model xəyalının gerçək olması sevincini də izləyiciləri ilə bölüşüb:

"Mən bunu sadəcə gözəl bir üz göstərmək üçün deyil, bir xarakter olaraq özümü tanıtmaq üçün etmək istədim. Vücudumu sevmək çox zamanımı aldı. Bu iradəyə bir gecədə sahib olmadım. Qarşımda daha böyük və uzun yollar var”.

"İnstaqram"da 11,4 milyon izləyici olan Aleksis özəl həyatına dair fotolar paylaşmaqdan da çəkinmir.