:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Finlandiyaya dünyanın ən böyük dövlət bayrağı hədiyyə ediləcək

Font

Finlandiyaya 30-a yaxın ölkə dekabrın 6-da qeyd olunan yubiley - Müstəqillik günü ilə əlaqədar böyük dövlət bayrağı hədiyyə edəcək.
"Report" xəbər verir ki, bu barədə Finlandiyanın dövlət müstəqilliyinin 100 illiyinə həsr olunmuş yubiley tədbirləri saytında qeyd olunub.
"Ölçüsü 26 m x 16 m olan bayrağın ümumi sahəsi 416 kvadratmetrdir. Bu, dünyadakı ən böyük dövlət bayrağı olacaq. Xüsusi yüksək dözümlü parçadan hazırlanmış bayrağın ərsəyə gəlməsində 30-a yaxın dövlət iştirak edib. Bayraq dirəkdə bütün sutka boyu qalacaq və bu, istisna haldır. Çünki Finlandiya qanunvericiliyinə əsasən, dövlət bayrağı gecə bayraq dirəyində ola bilməz", - məlumatda deyilir.
Qeyd olunur ki, hədiyyə dekabrın 8-də keçiriləcək xüsusi mərasimdə təqdim ediləcək.