:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Lamborghini" dünyanın ən sürətli yolsuzluq avtomobilini təqdim edib

Font

İtaliyanın "Lamborghini" şirkəti dünyanın ən sürətli yolsuzluq avtomobillərindən biri olan "Urus" modelini təqdim edib.

"Report” xəbər verir ki, təqdimat mərasimi şirkətin Sant-Aqata-Bolonyeze şəhərində yerləşən zavodunda baş tutub.

"Lamborghini Urus" iki turboşarjlı yeni 4 litrlik 650 at gücündə V8 benzin mühərriki ilə təchiz olunub. Avtomobilin maksimum sürəti 305 km/saatdır. O, yerindən 100 km/saata qədər sürəti 3,6 saniyəyə yığa bilir.

Firmanın məlumatına görə, "Urus" dünyanın ən sürətli yolsuzluq avtomobilidir.

Avtomobilin təqribi qiyməti 254 min dollardır.