:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir

Font

Azərbaycanın xalq artisti Rasim Balayev müalicə olunmaq üçün Türkiyəyə gedəcək.

Bu barədə "Report"a xalq artisti özü məlumat verib.
O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicə xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib: "İstanbula gedirəm. Xəstəxananın adını hələ bilmirəm. Müalicəm vaxtı Bakıdakı demək olar ki, bütün xəstəxanaları gəzmişəm, hara göndərdilər ora da gedirdim".
Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var.