:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Saatını jurnalistə verən Atambayev: “Yaxşı ki, şalvarımı verdiyimi yuxuda görməmisən” - Video

Font

Qırğızıstanın "De Fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov Prezident Almazbek Atambayevin altı illik hakimiyyətinin nəticələri ilə bağlı mətbuat konfransı zamanı ondan saatını istəyib.

Axar.az xəbər verir ki, jurnalist sual vermək üçün mikrofona yaxınlaşaraq Atambayevə yuxusunda prezidentin öz saatını ona verdiyini gördüyünü bildirib və buna görə də ondan saatını istəyib.

Prezident isə dərhal saatını qolundan açaraq jurnalistə bağışlayıb. Daha sonra isə zarafatla: "Yaxşı ki, şalvarımı verdiyimi yuxuda görməmisən” deyib.