:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Beynəlxalq Bank “Bakı Taksi” və “Baghlan Group” şirkətlərini məhkəməyə verib

Font

"Azərbaycan Beynəlxalq Bankı” ASC "Bakı Taksi” MMC və "Baghlan Group” MMC-ni məhkəməyə verib.

"Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Bank borcun tutulması barədə tələb irəli sürüb.
Lakin borcun məbləği açıqlanmayıb.
Məhkəmə iddianı təmin edib.
Qərardan narazı qalan MMC-lər apellyasiya şikayəti veriblər.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, "Baghlan Group”un sahibi "Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovdur.