:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İtaliya millisi son 60 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazana bilməyib - VİDEO

Font

Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə "play-off" mərhələsinin daha bir cavab görüşü keçirilib.

"Report"un məlumatına görə, İtaliya millisi İsveçi qəbul edib.

Milanın "San-Siro" stadionunda təşkil olunan qarşılaşmanın baş hakimi ispaniyalı Antonio Matö Lahoz olub. Bu komandalar arasında 3 gün əvvəl keçirilmiş ilk görüşdə İsveç yığması 1:0 hesabı ilə qalib gəlib. Ona görə də İtaliya yığması mundiala vəsiqə qazanmaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməli idi. Lakin meydan sahiblərinin 90 dəqiqə ərzində etdiyi cəhdlər heç bir fayda verməyib. Beləliklə, İtaliya millisi DÇ-1958-dən sonra ilk dəfə dünya çempionatından kənarda qalıb.

Digər komandalar arasında keçirilən 2 cavab görüşü də qolsuz yekunlaşıb. Nəticədə Xorvatiya Yunanıstanı (ilk oyun - 4:1), İsveçrə isə Şimali İrlandiyanı (ilk oyun - 1:0) üstələyərək, Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Avropadan son vəsiqənin sahibi bu gün keçiriləcək İrlandiya - Danimarka matçından sonra məlum olacaq. Danimarkadakı ilk görüşdə də hesab açılmayıb - 0:0.

DÇ-2018, "play off" mərhələsi, cavab görüşü

23:45. İtaliya - İsveç 0:0

İlk oyun - 0:1