:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Britaniya “Breksit” üçün 60 milyard ödəyəcək

Font

Avropa İttifaqından çıxış üçün Böyük Britaniyanın borcu ən azı 60 milyard avro təşkil edəcək.

Xarici mediaya xəbər verir ki, bu haqda Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.
O bildirib ki, bu məbləğ Britaniya tərəfindən ödənilməyəcəyi halda fərqi örtmək öhdəliyi Avropa İttifaqının başqa ölkələrinin üzərinə düşəcək.
"Breksit”in 2019-cu ilin martına kimi ("Breksit”in bu tarixdə tamamlanması nəzərdə tutulur - red.) həyata keçirilməsinin mümkün olub-olmayacağı indiyə kimi məlum deyil. Tayani hesab edir ki, ilin sonuna kimi əsas bəndlər üzrə çərçivə razılaşması əldə olunarsa, proses nəzərdə tutulduğu müddətdə tamamlana bilər.
Avropa Parlamentinin rəhbəri qeyd edib ki, razılaşdırılmalı olduğu əsas məsələlər Avropa İttifaqına ödəmələr, Avropa İttifaqının Böyük Britaniyadakı vətəndaşlarının hüquqları, həmçinin İrlandiya və Şimali İrlandiya arasında sərhədin müəyyənləşdirilməsidir.
"Britaniyalılar bizə bildirməyə məcburdurlar ki, Avropa İttifaqı ilə münasibətlərdə hansı modelə cəhd edirlər. Norveç, yoxsa İsveçrə modeli? Bu gün heç kəs bunu bilmir”, - o deyib.
Eyni zamanda Tayani əmindir ki, hazırda krallığın vətəndaşlarının əksəriyyəti, həmçinin hökumətin bəzi üzvləri Avropa İttifaqının tərkibindən çıxışı səhv kimi qəbul etməyə başlayıblar.