:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub

Font

Avropa İttifaqının (Aİ) Gürcüstan və Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub.

Aİ Şurasının bu gün qəbul etdiyi qərarla bu vəzifəyə estoniyalı diplomat Toivo Klaar təyinat alıb.
Bildirilir ki, onun əsas vəzifəsi regiondakı münaqişələrin, o cümlədən Gürcüstan və Dağlıq Qarabağ münaqişələrinin sülh yolu ilə həllinə töhfə vermək və regional əməkdaşlığa təkan verməkdir.
T. Klaar buna qədər Avropa Xarici Əməliyyatlar Xidmətinin Mərkəzi Asiya şöbəsinə rəhbərlik edib.
Daha əvvəl isə o, Gürcüstanda Aİ Monitorinq Missiyasında çalışıb.
T. Klaar 2014-cü ilin iyulundan bu vəzifəni tutmuş Herbert Salberi əvəzləyəcək.