:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Putin seçkilərlə bağlı qərarını nə vaxt açıqlayacaq?

Font

Kremldə Rusiya prezidenti Vladimir Putinin növbəti prezident seçkilərində iştirakı ilə bağlı ssenarilər müzakirə edilir.

RBK telekanalının mənbələrinə görə, iki yanaşma mövcuddur.
Birinci yanaşma ondan ibarətdir ki, Putin Federasiya Şurası tərəfindən seçkilərin dəqiq vaxtı açıqlanandan sonra istəyini açıqlayacaq. Parlamentin yuxarı palatası seçkilərin dəqiq tarixini 7-17 dekabr tarixlərində elan edəcək.
İkinci yanaşmaya görə, prezident Federasiya Şurasının qərarına qədər seçkilərdə iştirak barədə niyyətini açıqlayacaq.
Lakin Kremldəki üç mənbəyə görə, baza konsepsiyası ondan ibarətdir ki, dövlət başçısı seçkilərin rəsmi təyinatından sonra qərarını elan edəcək. Ehtimal edilir ki, bu "Vahid Rusiya” partiyasının qurultayına (22–23 dekabr tarixlərində keçiriləcək) qədər baş verəcək. Ancaq digər bir varianta görə, Putin yanvarın lap əvvəlində qərarını açıqlaya bilər.
PBK-nin həmsöhbətləri izah edirlər ki, dövlət başçısının seçki kampaniyasının müddəti çox qısa olacaq, çünki onun qələbəsi şübhə doğurmur və namizədliyini elan etmək üçün tələsməyə ehtiyac yoxdur.
Rusiyada ənənəvi ssenariyə görə, iqtidar nümayəndəsi Federasiya Şurası tərəfindən kampaniyanın təyinatından sonra namizədliyini açıqlayır. Vladimir Putin 2004-cü il seçkilərdə belə edib, həmin yanaşmanı 2008-ci il seçkilərdən əvvəl Dmitri Medvedev də nümayiş etdirib.
2011-ci il isə istisna təşkil etdi. Medvedev ikinci müddətə namizəd olmaq istəmədiyini bildirib və hələ sentyabrda - "Vahid Rusiya”nın qurultayında Putinin namizədliyini irəli sürməyi təklif edib.
"İndi 2011-ci ildəki vəziyyət deyil, buna görə də tələsməyə ehtiyac yoxdur”, - Kremlə yaxın mənbələrindən biri deyib.
Ssenaridə yer alan məsələlərdən biri Putinin namizədliyini harada elan etməsidir. Məsələn, Putin qərarını regionlardan birinə səfər zamanı, yaxud da məşhur insanların iştirakıyla keçirilən xüsusi genişmiqyaslı tədbirdə elan edə bilər.
Putin 2003-cü ilin dekabrında prezidentliyə nazmidə olmaq barədə niyyətini ənənəvi "Birbaşa xətt” zamanı elan edb. Dmitri Medvedev isə bunu 2007-ci ilin dekabrında Putinlə görüşündə etmişdi.