:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pərviz Abdullayev məşhur idmançını nokautla məğlub etdi - VİDEO

Font

Azərbaycanın və "Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti uğurunuzu qazanıb.

77 kq çəki dərəcəsində peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu olan idmançımız ABŞ-ın Los Anceles şəhərində keçirilən ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayıb.

Həmyerlimiz yarışda Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşüb. P.Abdullayev sonuncu hissədə rəqibini texniki nokautla məğlub edərək üç raund davam etməli olan qarşılaşmanı vaxtından əvvəl bitirib.