:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Xorvatiya millisi DÇ-2018-ə vəsiqə qazanıb

Font

Futbol üzrə DÇ-2018-in final mərhələsinə yüksələn komandalardan birinin də adı məlum olub.

Xorvatiya yığması Pireydə DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin oyununda Yunanıstanla qolsuz heç-heçə edərək mundiala vəsiqəni təmin edib.
Xorvatiyada keçirilən ilk matçda meydan sahibləri rəqibi 4:1 hesabı ilə darmadağın etmişdi.
Xorvatiya yığması 4 dəfə futbol üzrə dünya çempionatında iştirak edib (1998, 2002, 2006 və 2014-cü illərdə). Komanda 1998-ci ildə mundialın üçüncü pilləsinə yüksəlib.