:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ və Rusiya Suriyanın ərazi bütövlüyü, suverenliyi və vahidliyi prinsiplərinə sadiqdirlər

Font

ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq suveren, vahid, bütöv və dünyəvi Suriyanın qalması prinsiplərinə sadiqdirlər.
Yenizaman.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin adından noyabrın 11-də Vyetnamın Dananqe şəhərində yayılan Suriya ilə bağlı birgə bəyanatda vurğulanıb.
Bəyanatda Suriyadakı bütün tərəflər Cenevrə siyasi prosesində fəal iştiraka çağırılıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bəyanatı ABŞ və Rusiya ekspertləri hazırlayıb. Onun sözlərinə görə, yekun variant isə ABŞ-ın dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşündə razılaşdırılıb.