:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

AST Telmanın əmlakları əlindən alınır

Font

Azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun AST qrupuna daxil olan "Ruslayn 2000” MMC-nin əmlakının satışı üzrə hərracın tarixi müəyyən edilib.

Rusiya KİV-i xəbər verir ki, hərrac 2017-ci il dekabrın 8-də keçiriləcək.
İzmailovsk şosesində yerləşən ticarət mərkəzi ən bahalı aktivdir. Ticarət mərkəzinin qiyməti torpaq sahəsi ilə birlikdə 1,83 milyard rubl (təxminən 31 milyon dollar) qiymətləndirilir. Ticarət mərkəzi ilə birlikdə mebel, kompüterlər, məişət texnikası və başqa əmlak da satılacaq. Buna görə də hərracda ticarət mərkəzinin ilkin dəyəri 2 milyard rubla (təxminən 33,8 milyon dollar) bərabər olacaq.
Ticarət mərkəzinin böyük dəyərinə baxmayaraq, onun satışı "Ruslayn 2000”-nin borclarını bağlamaq üçün kifayət etməyəcək.
Hazırda şirkətin ödəməli olduğu vəsait 17,2 milyard rubla (təxminən 290 milyon dollar) çatır.
VTB bankı borclunun girov kreditorudur. Qanuna görə, bank əmlakın satışından əldə olunan vəsaitin 80 faizini alacaq. Qalan pul borcların ödənilməsi üçün başqa kreditorlara, həmçinin satış proseduruna xərclənən vəsaitin ödənilməsinə ayrılacaq.
Xatırladaq ki, "Çerkizov” bazarının keçmiş sahibi Moskva vilayətinin Arbitraj Məhkəməsinin qərarı ilə 2015-ci ilin dekabrında müflis elan edilib. 2017-ci ilin martında məhkəmə öz qərarını təsdiq edib.