:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Quranda adı çəkilən meyvələr və onların faydaları - ARAŞDIRMA

Font

Dietoloq Murat Topoğlu "Qurani Kərim”də adı çəkilən qidaları və onların insan üçün faydalarından bəhs edib.

GoldNews.Azsizə həminqidalar və faydaları təqdim edir:

Xurma

Bədəndə şəkərin düzgün müvazinətini saxlayır. Doğuş prosesini asanlaşdırır.

Süd hormonlarını hərəkətə gətirər və süd verən qadınların südünü artırar. (Məryəm surəsi). Peyğəmbərimiz söyləyib ki, qadınlara hamilə olduqları zaman çoxlu xurma yedirtin. Onların uşaqları ağıllı və hörmətcil olarlar.

Çünki Məryəm hamilə olduğu müddət xurma yeyib, əgər Allah ondan başqa faydalı qidanın olduğunu bilsəydi, onu Məryəmə verərdi.

Tərkibində şəkər yoxdur. TərkibindəA, C, B1, B2, B3, B6, B9 (folik asit), B12, K vitaminləri, betakaroten, ayrıca oligo elementləri var.

A vitamini bilindiyi üzrə çox vacib bir vitamindir. Bu vitamin toyuq korluğu, ağciyər və qaraciyər xəstəliklərinin qarşısını alır.

Betakaroten (pro vitamin A) təbiətdə olan A vitaminin ilk formatıdır. Bu vitamin bədənimizdəki DNA, hüceyrə zərrəciklərini və proteini qidalandırır. Ürək və damar xəstəliklərinin qarşısını alır. Sperm yaranmasını şərait yaradır.

Zeaksantin maddəsi isə yaşlı insanlarda əzələnin yox olmasının qarşısını alır. Ödü qoruyur. Təzə xurmanın tərkibində olan pitosin maddəsi sancılara çox yaxşı təsir edir.

Bağırsaqların işini sürətləndirir və beləliklə, qəbizliyin qarşısını alır. Əlavə olaraq, bağırsaq xərçənginin də qarşısını alır.

Tərkibindəflavonoid, polifenol anti oksidamıolaraq tanınan tanin maddəsi vardır. Tanin maddəsi bədəndəki qanaxmaların qarşısını alır. Tərkibində həm dəoligo element (az təsadüf olunan elementler) vardır: Sodyum, potasyum (Muzdan 2.5 qat daha çoxdur), kalsiyum, dəmir, kömür, maqnezium, kükürt, xlor, fosfor, florin (Diğer meyvələrdən 4 qat daha çoxdur. Diş əti ve diş sağlamlığı üçün də vacibdir.)

Dəmir: Xurmanın içində0.9 mg/100 qram var. Qırmızı qanın tərkibində olan hemoqlabinin yaranmasında ən vacib mineraldır. Gündə 15 ədəd orta boy xurma günlük dəmir ehtiyacını qrşılayır. Kalsiyum ve fosfor: Sümüklərin əriməsinin qarşısını alır.

Həm də arıqlamağa kömək edən bir meyvədir. Əsasən də çox acıdığın və şirni yemək istədiyin bir zaman 10 ədəd sarı ləbləbi ilə 2 xurma yemək, üstündən də 1 stəkan su içsəniz 2-3 saat aclıq hiss etmərsiz.

Bal.Onun tərkibindəFrüktoz ve qlikoz kimi təbii şəkərlər var. Bundan əlavə, onun tərkibində kalsiyum, dəmir, kömür, maqnezium, kükürt, xlor, fosfor, florin kimi minerallar da var. Hətta B1, B2, B3, B5, B6 və C vitaminləri də var. Həzm edilməsi çox asan olduğuna görə bağırsaqların və böyrəklərin yaxşı işləməsinə şərait yaradır.

Bir enerji mənbəsidir. İlıq bir su ilə içdiyində 7 dəqiqədə qana qarışır. Bu da beyin hüceyrələrinin sürətli hərəkətinə kömək edir.

Zərərli bakteriyaları, maya və kifin qarşısını alır. İmmuniteti artırır.

Yaranın üzərinə sürtdükdə tez təsirini göstərir. Buna görə də yanıqlara, qızartı olan yerlərə sürülə bilər.

Balı bir az darçın və su ilə qarışdırdıqda və yanıq olan yerə sürtdükdə ağrını kəsir. Əlavə olaraq, bu qarışımı zeytunyağı ilə qarışdırıb, saçınıza sürtdükdə, 15 dəqiqə saxladıqdan sonra yumaq lazımdır, onda saçlarınız tökülməz.

1 qaşıq bal ilə yarım çay qarışığı darçın tozunu qarışdırıb yeyəndə, öskürəyiniz kəsilər. 2 qaşıq bal, 4 qaşıq limon suyu və bir az duz qarışdırıb, qarqara etsəz, boğazınızda olan infeksiyalar zərərləşdirilər. 2 qaşıq bal və 3 çay qaşığı darçın tozu qarışdırıb dəmlənmiş çaya əlavə etsəz təziqinizin səviyyəsini azaldar. Bu qarışım həm də gec yaşlanmanıza şərait yaradır.

Zeytun və zeytun yağı.Zeytun yağı ürək damarlarınızı qoruyar və qidalandırar. Döş xərçənginin,damarların daralmasının, mədə xərçənginə yoluxmağın qarşısını alır. Ana südünü artırır.

Tərkibində adek vitamini və oleik asit turşusu var. Bu maddələrin xərçəngin qarşısını aldığı artıq elmdə sübut olunub.

Sirkə.Həzmi və metobalizmanı sürətləndirir, arıqlamağa kömək edər. Nazik bağırsağı təmizləyər, qarqara etdikdə ağzdakı infeksiyaları zərərləşdirər.

Gündə 2 dəfə saçınıza sürtdükdə, keçəlləşmənin qarşısını alır. Yuxusuzluq üçün 1 çay qaşığı alma sirkəsi, 1 stəkan ilıq su əridilib içilərsə yatmağa kömək edər.

Arıqlamaq üçün gündə 3 dəfə yeməkdən sonra içilə bilər, lakin ac qarnına olmaz. Bədəndə olan qan şəkərinin müvazinətini qoruyar.