:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ şirkəti Laçının kəndlərində təmir-tikinti işləri aparır - FOTOLAR

Font

Amerikada fəaliyyət göstərən "Hayrenaser”("Vətənpərvər”) şirkətinin qanunsuz olaraq Azərbaycanın işğal altındakı Laçın və Zəngilan rayonlarının kəndlərində tikinti və təmir işləri apardığı bəlli oldu.

Moderator.az-ın erməni mediasına istinadla verdiyi xəbərə görə, bu haqda jurnalistlərə ABŞ şirkətinin həmtəsisçisi Stepan Sarkisyan söyləyib. Onun sözlərinə görə, 2017-ci ildə Laçının "Ak” adlandırılmış Minkənd kəndinin dağılmış məktəbi yenidən tikilərək bərpa edilib. Bir sıra digər kəndlərdə də təmir-tikinti işləri aparılıb.

Hoçaz("Xoçants”) kəndində isə yeni yaşayış obyektinin tikintisinə başlanılıb. Eyni zamanda Zəngilan rayonunun "Muş” adlandırılmış Məlikli kəndində də yeni məktəb tikilərək erməni uşaqlarının istifadəsinə verilib.

P.S. Deyirlər, istər Ağ Evin, Pentaqonun, istərsə də Mərkəzi Kəşfiyyat İdarəsinin nəinki işğal altındakı Azərbaycan torpaqlarında ABŞ şirkətlərinin fəaliyyət göstərməsindən, heç ermənilərin torpaqlarımızı zəbt etməsindən də xəbərləri yoxdur. Yoxsa onların atasını çoxdan yandırmışdılar...

Xatırladaq ki, Moderator.az bu ilin aprel ayında da ABŞ-ın eyni şirkətinin Laçında gördüyü işlərdən yazmışdı (moderator.az/news/179146.html)