:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Britaniyalı alimlər nəqliyyatda yaşlı insanlara yer verməməyi məsləhət görür

Font

İctamai nəqliyyatda yaşlı insanlara yer verənlər faktiki olaraq onların sağlamlığına zərər vurur.
YZ "RİA Novosti"yə istinadən xəbər verir ki, belə nəticəyə cərrah-ortoped Skartlett Maknellinin rəhbərlik etdiyi britaniyalı alimlər qrupu gəlib.
"British Medical Journal" nəşrində dərc edilən araşdırmada yaşlı insanlar üçün fiziki aktivliklə sosial təminatın qarşılıqlı əlaqəsi təhlil edilib. Qeyd olunub ki, yaşlanma ilə fiziki aktivliyin olmamasını fərqləndirmək lazımdır.
"Yaşlandıqca aktivliyi təşviq etmək lazımdır, daha insanları istirahət etməyə çağırmaq yox. Avtobusda və ya qatarda yerinizi yaşlı insana verərkən yaxşı düşünün: ayaq üstdə dayanmaq onlar üçün əla məşqdir", - tədqiqatçılardan biri, professor Muir Qrey bildirib.