:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İkinci dəfə boşanan Rəvanı eks-həyat yoldaşı BİABIR ETDİ

Font

Ötən gün boşanma xəbəri yayılan Rəvan Qarayevə ikinci həyat yoldaşı Günay Rəhimovadan cavab gəlib.

Publika.az xəbər verir ki, ifaçının veriliş zamanı söylədiyi fikirləri keçmiş xanımı qəzəblə qarşılayıb.

O, sosial şəbəkədə R.Qarayevə bu sözləri yazıb: "Sən evə gec gəlmirdin. Sən heç evin yolunu tapırdın ki? Özünü güldürmə. Sənə yazığım gəlir. Allah sənə kömək olsun. Çünki, öz fikrin yoxdur, vicdansız insanların qurbanı oldun. Əsl kişi ailəsinə, qızına sahib çıxar, daha özünə kolleksiya düzəltməz”.

G.Rəhimova R.Qarayevin 3-cü dəfə evlənmək istəməməsindən də danışıb: "Sən Allah 3-cü dəfə də evlən. Atanla, anan onun da beynini yesin. Rəvan, öz danışdığına özün inanırsan. Deyir ki, qızlarım üçün yayaşıram... Daha danışma, danışdıqca batırsan”.

Qeyd edək ki, R.Qarayev ötən gün "Show time” verilişində şəxsi həyatı barədə danışarkən boşandığını, hazırda subay olduğunu demişdi: "Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11-də evdə oluram. Çünki, çox gəzən ayağa daş dəyər. Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam. Birinin 9, o birinin 4 yaşı var”.