:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ayaqları ilə 124 min AZN qazanan qadın - FOTOLAR

Font

Pul qazanmaq üçün müxtəlif yollara əl atan insanlar var. Sosial şəbəkələrdən gəlir mənbəyi kimi istifadə edən insanlardan biri də Kanadada yaşayan Cesika Qouldur. Gün ərzində ayaqlarının 8-10 şəklini paylaşmaqla pul qazanır.

Qeyri-adi yollarla pul qazananlardan fərqli olaraq, 32 yaşlı Cesikanın ayaqları kişiləri məftun edir. Sosial hesablarında Skarlet Vixen adı ilə tanınan qadının "İnstaqram" səhifəsində 10 mindən çox izləyicisi var.
Kosmopolitan dərgisinə danışan Q.Cesika deyir ki, ilk dəfə ayaqlarının rəsmini paylaşanda bu yolla pul qazanacağını düşünməmişdir:
"Sadəcə ayaqlarımın şəklini paylaşdım. Bir müddət sonra mənə təkliflər gəlməyə başladı. Əsasən kişilər mənə sevgi etirafları yağdırırdılar. Daha sonra mütəmadi olaraq, ayaq şəkli paylaşmağa başladım. Fenomen olacağım ağlıma gəlməzdi. Hazırda bu fotolarla illik gəlirim 92 000 kanada dollarıdır (124 min AZN).