:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tuba Büyüküstünün keçmiş həyat yoldaşı ilk dəfə açıqlama verdi

Font

Onur Saylak Tuba Büyüküstündən boşandıqdan sonra ilk dəfə qızlarından danışıb.

Türkiyə mətbuatı xəbər verir ki, aktyor dünən ticarət mərkəzində görüntülənib. O, jurnalistlərə verdiyi açıqlamada bildirib ki, T.Büyüküstündən boşansa da, qızları ilə mütəmadi olaraq görüşür:
"Əkiz qızlarım Maya və Torpaq mənim hər şeyimdir. Qızlarıma duyduğum sevgini sözlə ifadə etmək çətindir. Birlikdə vaxt keçirməkdən böyük zövq alırıq”.
Xatırladaq ki, 6 il evli olan məşhur cütlük bu il iyununda ayrılıb. Tuba hazırda özündən 9 yaş cavan iş adamı Ümid Evrigenlə sevgilidir.