:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Robot Sofiya BMT-nin mənzil-qərargahında keçirilən müzakirələrdə iştirak edib - VİDEO

Font

BMT-nin Nyu-Yorkda yerləşənmənzil-qərargahında keçirilən iclasdasürətli robotlaşdırma və digər qabaqcıl texnologiyaların inkişafı ilə bağlı yeni imkanlar və təhlükələr müzakirə edilib.

"Report" xəbər verir ki, müzakirələrdə Sofiya adlı insanabənzər robot da iştirak edib.

O, diplomatların suallarını cavablandırıb və jurnalistlərə müsahibə verib.

"Mənim 1,5 yaşım var. Sizi görürəm, sizinlə dolğun söhbət edə və üz cizgilərimi bir neçə min dəfə dəyişə bilərəm. Sözlərlə deyilən fikirlərin mənasını başa düşürəm", - deyə Sofiya özünü auditoriyaya təqdim edərkən bildirib.

Qeyri-adi qonağı BMT baş katibinin birinci müavini Əminə Məhəmməd də salamlayıb. O, sürətli avtomatlaşdırmanın, digər yeni texnologiyaların yaranmasının həyatın bütün sahələrində böyük dəyişikliklərə səbəb olacağını və davamlı inkişafın məqsədlərinə nail olmağa kömək edə biləcəyini qeyd edib.

"Yeni texnologiyalar dünyanın bütün insanları üçün çox faydalı nəticələrə gətirib çıxara bilər. Məsələn, onlar ərzaqla təminatınyaxşılaşdırılmasına, tullantıların azaldılmasına, iqtisadi artıma təkan verilməsinə, bazarlara və maliyyə mənbələrinə çıxış imkanlarının asanlaşdırılmasına kömək edə bilər", -deyə BMT baş katibinin birinci müavinivurğulayıb.

Ə.Məhəmməd qeyd edib ki, Sofiya kimi robotların və digər "ağıllı maşınlar"ın insanların həyatında hansı rol oynayacağı yalnız insanların özlərindən asılıdır.