:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İrina Şeyk: “Alt paltarı almağa pulum yox idi” - FOTO

Font

"Gözəl alt paltarları qadınlara özünü seksual və özünə inamlı hiss etdirir. Özü də onlar çox bahalı olmamalıdır. Rusiyanın kiçik qəsəbəsində doğulmuşam, nəinki seksual alt paltarları almağa, başqa geyimlərə xərcləməyə pulumuz yox idi. Şəxsən mən alt paltarına sərvət ödəmək istəmirəm”.

Bu sözləri İrina Şeyk Türkiyə mətbuatına verdiyi müsahibdə deyib.

- Qızınız Lea dünyaya gəldikdən çox qısa müddət sonra karyeranıza qayıtdınız. Moda həftələri və reklam çəkilişləri üçün darıxmışdınız?

- Oğlaq bürcüyəm və işləməyi çox sevirəm. Həmişə özümü inkişaf etdirmək istəyirəm. Reklamdan uzaq qaldığım demək olmaz ki, onsuz da çalışırdım. Lakin indi karyerama fasilə vermək üçün doğru zaman deyil. Səyahətlər, çəkilişlər mənim həyatımdır, işimi sevirəm.

- Keçən il hamiləliyinizi "Victoria Secret”in dəfiləsində elan etdiniz. Bu şoudan sonra ilk dəfə Nyu-york Moda Həftəsində çıxdınız. Uzun aylar dəfiləyə çıxmamaq necə hissdir?

- Moda nümayişlərinə çıxmağa çox gec yaşda başladım, haradasa 21 yaşında. İndiki qızlar 14-15 yaşında podiuma çıxmağa başlayırlar. Odur ki, dəfilələr mənə çox zövq verir. Bu ilki moda həftələrində yalnız bir neçə dəfiləyə çıxdım. Bu, məni çox xoşbəxt etdi. Ailəmlə görüşdüm sanki.

- Sizi "Intimissimi” alt paltarı markası kəşf edib. Bu firma ilə 10 ildən çoxdur ki, əməkdaşlıq edirsiniz. Sıxılmamasınız ki?

- Onlar məni 2007-ci ildə Moskvada çalışarkən kəşf etdilər. 10 il keçib və hələ də buradayam. Əsl rus qadınıyam, məndən qurtula bilməzsiniz! Hər qadının gözəl olduğuna inanan möhtəşəm insanlarla çalışıram.

Gözəl alt paltarları qadınlara özünü seksual və özünə inamlı hiss etdirir. Özü də çox bahalı olmamalıdır. Rusiyanın kiçik bir qəsəbəsində doğulmuşam, nəinki seksual alt paltarları almağa, başqa geyimlərə xərcləməyə pulumuz yox idi. Şəxsən mən alt paltarına sərvət ödəmək istəmirəm.

- Doğuşdan qısa müddət sonra qüsursuz bədən ölçülərinizə yenidən qayıda bildiniz. Bunu necə bacardınız?

- Çox iştahlıyam, amma yeməklə idmanı tarazlaşdırmaq lazımdır. Xüsusi pəhriz saxlamadım, sadəcə ürəyim istədikdə idman zalına gedib məşq etdim. İdman etmək istəmədiyim günlər də oldu. Xoşbəxtliklə bağlıdır. Xoşbəxt olduqda bu bədəninizdə və üzünüzdə əks olunur.

Rusiyanın kiçik bir qəsəbəsindən dəb dünyasının zirvəsinə yüksələn qəhrəmansınız. Parisə dəvət alanda da ingiliscə bilmirdiniz. Gənc modellərə nə məsləhətlər verərdiniz?

- Model kimi fəaliyyət göstərmək istəyirsinizsə, bu işi çox ciddi qəbul etməlisiniz. Nə istədiyinizi bilməli və güclü xarakterə malik olmalısınız. Modellik uzaqdan parıltılı görünə bilər, əslində o qədər də parıltılı deyil. Modelliyə başlayanda cibimdə 5 qəpiyim də yox idi.

- Türk fotoqraf Mert Alaşla dostsunuz, birlikdə işləyirsiniz. Necə dostdur?

- Mert çəkiliş üçün mənə zəng edəndə dərhal qəbul etdim. Onu çox yaxşı tanıyıram, onunla birlikdə çalışanda özümü çox gözəl və seksual hiss edirəm.

Çox komik, dünyanın ən şirin insanıdır. Çəkilişlərə bir dəfə anasını də gətirmişdi. Bəzən kiminləsə tanış olanda içimizdə elə duyğu baş qaldırır ki, onu sanki uzun illərdir tanıyırsan. Bax Mert mənim üçün elədir.

Həmişə deyirəm: Türklər və Ruslar bir-birinə çox bənzəyir. Bir şeyi beynimizə qoyuruqsa və istəyiriksə, bunun üçün hər şeyimizi veririk. Bir şeyi rədd ediriksə, tamamilə vaz keçirik. Bu yaxınlarda Mertlə Parisdə çəkiliş etdik, onu anamla tanış etdim. Artıq ailəmizin bir üzvüdür.

- Türkiyə sahillərini sevirsiniz?

- Əlbəttə. 19-20 yaşında ailəmlə bahalı kurortlara çıxa bilmirdik, Türkiyə bizim üçün ən uyğun variant idi. Möhtəşəm dəniz, gözəl insanlar, çoxlu ruslar. Türkiyə hər zaman qəlbimdədir.