:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sevgilisindən Cennifer Lopez haqqında İLGİNC AÇIQLAMA

Font

Cennifer Lopezin beysbolçu sevgilisi Aleks Rodrigez qızlarının bu münasibəti necə qarşılaması haqqında danışıb.

Xarici mətbuat xəbər verir ki, 42 yaşlı Aleks Rodrigez açıqlamasında ilk nikahından olan qızları Nataşa və Ellanın pop ulduzunu idol kimi qəbul etdiklərini və onu sevdiklərini etiraf edib:
"Qızlarım Cenniferlə münasibətimizi öyrənəndə sanki cənnətə gedirlərmiş kimi sevindilər. İndi onunla səhnə arxasında əylənir, birlikdə mahnı oxuyur və rəqs edirlər. Mənim qəhrəman olduğumu hesab edirlər”.
Qeyd edək ki, 48 yaşlı Ceylonun Mark Entoni ilə nikahından bir qızı və bir oğlu var.