:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pərvin Abıyevanın avtomobilinə həbs qoyuldu

Font

Aktrisa Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib.

99 EP 333 dövlət qeydiyyat nişanlı "Porşe" markalı avtomobil hərəkətdə olarkən üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. YPX əməkdaşları həmin avtomobili idarə edənin vətəndaş Pərvin Abıyevanın olduğunu müəyyən edib və ona avtomobilin cərimə meydançasına aparılmalı olması barədə xəbərdarlıq edib. Lakin aktrisa bu qərarla razılaşmayıb.
Buna baxmayaraq, qanuna müvafiq olaraq avtomobil evakutor vasitəsilə cərimə meydançasına yerləşdirilib.
Müəyyən edilib ki, "Porşe" markalı avtomobil siğortalanmayıb. Bundan əlavə, bir neçə məbləği ödənilməyən cərimənin olduğu aşkarlanıb. (report)

Aktrisa Pərvin Abıyeva avtomobilinə həbs qoyulması ilə bağlı xəbərə münasibət bildirib.

Publika.az-a açıqlama verən sənətçi maşınına həbs qoyulmadığımı bildirib: "Avtomobilimə həbs qoyulmayıb. Cərimələr də protokol şəklində telefonuma gəlir. Yalan söhbətdir. Özlərindən gündə bir şey çıxarmasınlar. Müsahibə vermirəm deyə, indi də maşına keçiblər”.
Qeyd edək ki, yayılan məlumatda onun "Porche” markalı avtomobilinin hərəkətdə olarkən üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanıldığı, avtomobilin evakutor vasitəsilə cərimə meydançasına yerləşdirildiyi xəbəri yayılıb.