:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Misir ehramları necə inşa olunub? – Sirrin üstü açıldı- Foto

Font

Misir ehramlarının necə tikildiyi uzun illər boyu sirli məsələ olaraq qalıb.

Xarici mətbuata istinadən xəbər verir ki, bəzi əfsanələrə görə, ehramların inşasında yadplanetlilərin və ya cinlərin də rolu olub. Onlar ehramın inşasında istifadə olunan 25-80 tonluq daşları 800 kilometr məsafədən gətiriblər. Bu cür ağır və çətin işin həmin dövrün texnologiyasını nəzərə aldıqda insan tərəfindən görüldüyünə inanmaq bir qədər çətindir.

Lakin alimlər dünyanın yeddi möcüzəsindən biri hesab olunan "Xeops”un necə inşa edildiyini müəyyən ediblər. Belə ki, misirli Merer adlı şəxs öz dəftərində həmin dövrdə inşa prosesini əks etdirən qeydiyyatlar aparıb. 3 min il yaşı olan bu gündəlikdə nəhəng daşların ehramın inşa olunduğu bölgəyə Nil çayı vasitəsi ilə taxta sandalların üzərində gətirildiyi qeyd olunur. Sandallar iplərlə bir-birinə bağlanmış halda ikən misirli mühəndislər Nil çayının limanlarından ehramın yerləşdiyi yerə doğru kanallar açıblar.(AzNews)