:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Vasif Məhərrəmli əməkdar artist oldu

Font

Müğənni Vasif Məhərrəmli əməkdar artist adına layiq görülüb.

Axşam.az-ın məlumatına görə, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Məhərrəmli Vasif Məmmədəli oğluna "Əməkdar artist” adı verilib.

Bu barədə saytımıza açıqlama verən ifaçı deyib:

"Xəbəri ilk olaraq jurnalistlərdən birindən aldım. Əvvəl inanmadım, dedim, gözlərimlə oxuyum. Kiçik sənətimə belə dəyər verdiyinə, məni fəxri ada layiq gördüyünə görə, ölkə başçısına öz adımdan, ailəm və ağbirçək anam adından təşəkkür edirəm. Çalışacağam ki, bir mədəniyyət əsgəri kimi bu ada layiq olum".